ABŞ və Əfqanıstanın hərbi qüvvələri ölkənin şimalında İŞİD terror qruplaşmasının komandanlarından olan Kari Hikmatullunu məhv edib. Bu barədə RİA məlumat yayıb. Bildirilib ki, terrorçu və onun cangüdəni aprelin 5-də Faryab ərazisinə endirilən aviazərbələr nəticəsində zərəsizləşdirilib.
Açıqlamada Hikmatullunun Xorasan əyalətində fəaliyyət göstərən qrupun ən yüksək rütbəli döyüşçülərindən biri olduğu deyilib. Bununla yanaşı o, terrorçulara xaricdən dəstək verilməsi və Orta Asiyadan Əfqanıstana döyüşçülərin daşınmasına cavabdeh idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB