Rusiya Prezidenti Vladimir Putin ABŞ dəniz piyadalarının general-mayoru Çarlz Boldenə “Dostluq” ordeni verib. V.Putinin bununla bağlı sərəncamı Rusiya dövlət başçısının rəsmi saytında dərc edilib. Bildirilir ki, ABŞ generalı iki ölkə arasında kosmonavtika sahəsindəki əlaqələrin inkişafına görə təltif edilib.
ABŞ-ın daha bir önəmli şəxsi – Aeronavtika üzrə Milli İdarənin məsləhət şurasının sədri general-leytenant Tomas Stafford da bu medala layiq görülüb. Həmçinin İtaliya vətəndaşı, “Pirelli” şirkətinin vitse-prezidenti Marko Tronketti Provera da Rusiya iqtisadiyyatına yatırdığı investisiyaya görə Putindən "Dostluq" ordeni alanlar sırasına qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB