Hindistanda məktəb avtobusu qəzaya uğrayıb, 26 uşaq ölüb

Hindistanda məktəb avtobusu qəzaya uğrayıb, 26 uşaq ölüb

Hindistanın Ximaçal-Pradeş ştatında məktəb avtobusunun qəzaya uğraması nəticəsində 26 uşaq həlak olub. NDTV telekanalının yaydığı məlumata görə, avtobus təxminən 30 metr dərinliyi olan yarğana yuvarlanaraq aşıb.

Yol-nəqliyyat hadisəsinin baş vermə səbəbləri hələlik dəqiqləşməyib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub. Əməliyyat hələ də davam edir. Telekanalın məlumatına əsasən, avtobus özəl məktəbin beşinci və aşağı sinif şagirdlərini daşıyırdı. Avtobusda 40-dək uşağın olduğu ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə