İşdən sonra işçilərə zəng edən müdirlər cərimələnəcək

İşdən sonra işçilərə zəng edən müdirlər cərimələnəcək

Nyu-York şəhər şurası iş saatlarından kənarda işçilərə zəng edən rəhbərlərin cərimələnməsi barədə qanun layihəsini nəzərdən keçirir.

SİA-nın məlumatına görə, qanun layihəsinə əsasən, iş vaxtından sonra işçiyə zəng etməyə çalışan müdir 250 dollar məbləğində cərimələnə bilər.

İşdən sonra işçiyə zəng yalnız fors-major hallarda mümkün ola bilər. Bununla belə, qanun layihəsində qeyd olunur ki, zənglərin sayından asılı olmayaraq işçi telefonu açmamaq hüququna sahib olacaq.

Bu tədbir yalnız dövlət strukturlarının əməkdaşlarına şamil olunmayacaq.

Qeyd edək ki, bu cür qanun Fransada da qüvvədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə