Qətərdən Suriya açıqlaması: "Müharibə cinayətkarları həbs olunmalıdır!"

Qətərdən Suriya açıqlaması: "Müharibə cinayətkarları həbs olunmalıdır!"

Qətər Xarici İşlər Nazirliyi Suriyanın Duma bölgəsində baş verən kimyəvi hücumla bağlı bəyanat yayımlayıb. Bəyanatda bu olayla bağlı təcili beynəlxalq səviyyədə araşdırma aparılması tələb edilib.

“Bütün bəşəriyyətin vicdanını sarsıdan bu qorxunc olaydan dolayı Qətər dövlətində dərin şok yaşanır. Suriyadakı müharibə cinayətkarları ədalətə təslim edilməlidir. Bu cinayət qarşısında səssiz qalmağımız bəşəriyyət tarixində qara ləkə yaradacaq. Bu qorxunc cinayəti törədənlər məsuliyyətə cəlb edilmədən Suriyada hər hansı sülhdən danışmaq mümkün deyil”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 70 nəfərin öldüyü, minlərlə insanın isə zəhərli qazın təsirindən xəstəxanalara çatdırıldığı bildirilib. Rusiya Suriyanın kimyəvi silahdan istifadəsi barədə yayılan məlumatı təkzib edib.

Bütün xəbərlər Facebook səhifəmizdə