İranda İmam Hüseyn Mədəniyyət Mərkəzinə silahlı hücum olub

İranda İmam Hüseyn Mədəniyyət Mərkəzinə silahlı hücum olub

İranın Əhvaz şəhərində yerləşən İmam Hüseyn Mədəniyyət Mərkəzinə silahlı hücum olub. Bu barədə İranın İQNA agentliyi məlumat yayıb. Bildirilib ki, Əhvaz Azadlıq Hərəkatına mənsub naməlum şəxs hücumdan sonra olayın görüntülərini paylaşıb və məsuliyyəti öz üzərinə götürüb. Sözügedən mərkəzin nümayəndəsi Hüccətülislam Məhəmməd Kabi açıqlamasında hadisədən bir gün öncə adıçəkilən qruplaşmadan təhdid mesajları yayıldığını deyib.

“İmam Hüseyn Mərkəzi gecə yarısı 00:20-də silahlı basqına məruz qaldı. Olay zamanı ölən və yaralanan olmasa da, mədəniyyət evinə ciddi ziyan dəyib”, - - bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə