Makron “Avropa üçün böyük yürüş” kampaniyasına başlayıb

Makron “Avropa üçün böyük yürüş” kampaniyasına başlayıb

Fransa Prezidenti Emmanuel Makron “Avropa üçün böyük yürüş” adlı kampaniya başladıb. Axar.az xəbər verir ki, bu yolla Makron Avropa Parlamentinə gələn il keçiriləcək seçkilərdən öncə xalqın mövqeyini öyrənməyə çalışacaq.

Məlumata görə, kampaniya çərçivəsində Makronun partiyasının üzvləri vətəndaşların evlərinə qədər gedib Avropa haqqında düşüncələrini öyrənməyə çalışacaq. Bir neçə həftə ərzində aparılacaq araşdırmalar zamanı təxminən 100 min fransızın mövqeyi öyrəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə