Türkiyə təyyarələri əməliyyatları bərpa edib

Türkiyə təyyarələri əməliyyatları bərpa edib

Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatları bərpa edib.

Bu barədə SİA Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.

Qeyd olunur ki, əməliyyatlar Hakurk rayonunda davam etdirilir. Bu gün 6 terrorçunun zərərsizləşdirildiyi məlumat verilib.

Xatırladaq ki, ötən gün bölgədə aparılan antiterror əməliyyatları nəticəsində 89 terrorçu məhv edilmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə