Rusiyalı milyarder Ziyavudin Maqomedov həbs olunub

Rusiyalı milyarder Ziyavudin Maqomedov həbs olunub

Rusiyalı milyarder, “Summa” qrupunun rəhbəri Ziyavudin Maqomedov polis tərəfindən saxlanılıb. Bu barədə informasiyanı Rusiya Daxili İşlər Nazirliyi yayıb. Maqomedovla bərabər “Summa” şirkətinin bir neçə meneceri də saxlanılıb.

Həbs edilənlərin hamısı fırıldaqçılıqda və cinayətkar təşkilat yaratmaqda ittiham olunublar. Maqomedov xüsusilə Kaliniqradda “Arena Baltika” stadionunun tikintisi zamanı 752 milyon rubl mənimsəməkdə ittiham edilib. Qeyd edək ki, Maqomedovun sərvəti 1,4 milyard dollar dəyərindədir. O, milliyətcə avardır.

Bütün xəbərlər Facebook səhifəmizdə