Deputatlar Palatasında koalisiyanın yaradılması barədə ANO hərəkatının və Çexiya Sosial-Demokrat Partiyasının (ÇSDP) nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlarda, xüsusən də gələcək Nazirlər Kabinetinin proqramı məsələsində gözəçarpan irəliləyişə nail olunub. Bununla yanaşı, kadr məsələsində fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb.
AZƏRTAC xəbər verir ki, bu fikri “hökumətdə cinayət təqibinə məruz qalan şəxslərin mövcudluğu” barədə partiyanın etirazını təkrarlayan ÇSDP-nin sədri Yan Qamaçek bəyan edib.
Y.Qamaçekin sözlərinə görə, ANO nümayəndələri fikirləşmək üçün bir həftə vaxt götürüblər. ÇSDP-nin rəyasət heyətinin gələn cümə günü, aprelin 6-da keçiriləcək iclasında ANO-nun yeni təklifinə qiymət veriləcək. Hərəkatın sədr müavini Rixard Brabets jurnalistlərə bildirib ki, Andrey Babiş yenə ölkənin Baş naziri vəzifəsinə ANO-nun yeganə namizədidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB