ABŞ Sudana təzyiqi artırır. SİA-nın məlumatına görə, ABŞ prezidenti Sudana qarşı uzun müddət davam etdirdiyi sanksiyaları bir il daha uzadacağını açıqlayıb. Barak Obama ABŞ Konqresinə yazdığı məktubda 1997-ci ildən bəri Sudana tətbiq olunan ticarət sanksiyalarını ən az bir il daha uzadacaqlarını bildirib: "Sudanda 1997-ci ildən bəri tətbiq edilən sanksiyaların müddəti bu həftə bitir. Sudan ABŞ-ın mənfəətlərinə uyğun hərəkət etmir. Sudan öz davanışları ilə ABŞ-ın xarici siyasətini və təhlükəsizliyini təhdid edir. Buna görə sanksiyaların müddəti uzadılacaq".
İslam hərəkatlarını dəstəkləyən Sudan 13 ildir, Amerikanın qara siyahısındadır. Bu müddətdə ölkənin Amerika ilə heç bir iqtisadi əlaqəsi də olmayıb. Bütün ehtiyaclarını uzaq şərq bazarlarından əldə edən Sudanın Çin ilə iqtisadi münasibətləri sürətlə inkişaf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB