S-400-lə bağlı razılaşma əldə olunub. S-400-də imtina etməkdən söhbət belə gedə bilməz. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin rəhbəri Volkan Bozkır deyib.
“Türkiyə harada təhlükəni harada görərsə, o ölkə ilə də razılaşmanı sona çatdırar. “Patrioti almasanız, F-35-i satmarıq”, “S-400-dən imtina edərsəniz, Patriotu verərik”... Demək istədiyim odur ki, artıq bu dövr geridə qalıb. Bununla heç bir nəticə əldə edilməz. Bunu açıq şəkildə dedik”, - deyə parlamentari bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini alacağı halda Rusiya ilə imzalanan S-400 razılaşmasından imtina edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB