"ABŞ Türkiyədəki İncirlik aviabazasından çıxmağı düşünmür"

"ABŞ Türkiyədəki İncirlik aviabazasından çıxmağı düşünmür"

"ABŞ Türkiyədəki İncirlik və Qətərdəki Əl Udeyd aviabazalarından çıxmağı düşünmür." Bu barədə ABŞ Mərkəz Qüvvələri Komandirliyi (CENTCOM) və ABŞ Mərkəz Hava Komandirliyinin (AFCENT) rəsmi Tvitter səhifəsində qeyd edilib. ABŞ hər iki aviabazanı tərk edəcəyi ilə bağlı yazılan xəbərlərin əsassız olduğunu açıqlayıb:

“Ortaq təhlükəsizlik qayğıları ilə mübarizə aparmaq üçün birgə çalışmaq lazım olduğu bir vaxtda bu cür zərəli xəbərlər bölgədəki müttəfiqlər arasında etibarsızlıq və ayrılıq yaradır”.

Qeyd edək ki, son bir neçə həftə ərzində ABŞ-ın Türkiyə və Qətərdəki aviabazalardan çıxacağı barədə iddialar yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə