Mozambikdə ağır yol qəzası nəticəsində 21 nəfər ölüb, 30 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə xəbər portalı olan “Club of Mozambique” məlumat yayıb.
Qəza Maputo şəhərinin yaxınlığında baş verib. İlkin məlumata görə, avtomobil bir neçə maneəyə çırpılaraq, piyada körpüsünün üzərinə aşıb. Ölənlərin əksəriyyəti gənclərdir.
Qəzanın səbəbi hələlik məlum deyil. Lakin sürücünün sərxoş olduğu istisna edilmir. Yerli "O Pais" qəzetinin xəbərinə görə, bu, ölkədə baş verən ən ağır avtomobil qəzasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB