ABŞ İrana qarşı təcavüzkar siyasət həyata keçirməyi hədəf alıb. Biz də buna cavab olaraq, Şərqlə, xüsusilə Çin və Rusiya ilə əlaqələrimizi gücləndirməliyik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın yeni vəzifəyə gətirdiyi şəxslər haqqında danışan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi deyib.
O bildirib ki, Trampın müharibə tərəfdarı və İran əleyhdarı Con Boltonu milli təhlükəsizlik müşaviri olaraq vəzifəyə gətirməsi Tehrana qarşı təcavüzkar siyasət həyata keçirəcəyindən xəbər verir:
“Çin və Rusiya ilə qurulan güclü əlaqələr ABŞ-ın İrana qarşı həyata keçirəcəyi təcavüzkar siyasətin qarşısını ala bilər. ABŞ Prezidenti Donald Tramp prezident olduğu vaxtdan bəri nüvə sazişini pozmaq üçün çalışır. ABŞ Dövlət katibi Reks Tillerson da bunu bacarmadığı üçün vəzifədən azad edildi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB