Sarkisyan bu generala vəzifə verdi

Ermənistan Prezidenti Serj Sarkisyan generak Aykaz Baqmanyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəis müavini təyin edib. Bu barədə məlumat Ermənistan prezidentinin rəsmi saytında yer alıb.

Qeyd edək ki, Baqmanyan 2017-ci ilin dekabrında Müdafiə naziri Vigen Sərkisyan tərəfindən istefaya göndərilib. Sərkisyan belə addım atmasına əsas səbəb kimi Baqmanyanın ona verilən bir sıra tapşırıqları icra etməməsini göstərmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə