Fələstində ilk 5 ulduzlu otel açılıb - FOTO

Fələstində ilk 5 ulduzlu otel açılıb - FOTO
Fələstində ilk beş ulduzlu otel Ramallah şəhərində istifadəyə verilib. SİA-nın "Əl Ərəbiyə"yə istinadən verdiyi məlumata görə, Moevenpick tərəfindən tikilən "Moevenpick Hotel Ramallah" 40 milyon dollara başa gəlib.

171 otaqlı mehmanxanada bir açıq hovuz, fitnes mərkəzi və yeddi konfrans salonu fəaliyyət göstərir. Oteldə İtalyan aşbazların xidmət etdiyi restoranlarla yanaşı gənc müştərilərə içki xidməti edilən bir bar da var.

Məlumat üçün bildirək ki, "Moevenpick Hotel Ramallah" Fələstin torpaqlarını ziyarət edəcək xarici diplomat və işadamlarına xidmət edəcək.

Qeyd edək ki, mehmanxanada qalmağı düşünən xarici diplomat və işadamları Ramallaha ancaq İsrailın idarəsindəki giriş qapılarından keçərək daxil ola biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə