Norveç: "Rusiya özünü aqressiv aparmağa başlayıb"

Norveç: "Rusiya özünü aqressiv aparmağa başlayıb"

Rusiya özünü Norveç sərhədlərində aqressiv aparmağa başlayıb. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Ceyms Mettislə görüşü zamanı Norveç Müdafiə naziri Frank Bakke-Yensen söyləyib.

"Biz Rusiya ilə ümumi sərhədlərə malikik. Bu rayon Rusiyanın təhlükəsizliyinin təminatı üçün həyati əhəmiyyətə malikdir. Biz Rusiyanın sərhədlərimizdə aqressivliyinin artdığını görürük. Onlar Şimali Norveç bir neçə hava hücumu imitasiyası həyata keçiriblər. Norveç Rusiyanın hərbi imkanlarının inkişafını müşahidə edir" - deyə Yensen söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə