İndoneziyada vulkan yenidən püskürüb

İndoneziyada vulkan yenidən püskürüb
İndoneziyanın Yava adasında Merapi dağında olan vulkan yenidən püskürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, vulkan püskürməsi nəticəsində atmosferə atılan kül təyyarələrin hərəkəti üçün təhlükə yaratdığı üçün həmin ərazidən 20 kilometr kənarda yerləşən hava limanı dərhal bağlanıb. Eyni zamanda ətrafdakı yaşayış məntəqələrinin sakinləri evakuasiya olunub.
Qeyd edək ki, İndoneziya əhalisi sunami qasırğasından da əziyyət çəkir. Belə ki, təbii fəlakət zamanı ölənlərin sayı 400-ü ötüb, 300-ə yaxın insan itkin düşüb. Əlverişsiz hava şəraiti və keçilməz yollar humanitar yardımın çatdırılmasında əngəl yaratdığı üçün, ərazidə dərman qıtlığı müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə