335 miqrant xilas edilib

Liviya Hərbi-Dəniz Qüvvələri ötən gün Aralıq dənizində 335 miqrant xilas edib. SİA "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Hərbi-Dəniz Qüvvələrinin komandanı Əyyub Qasım bildirib. "Miqrantlar Misir, Mərakeş və Əlcəzair daxil olmaqla bir neçə Afrika və ərəb ölkələrinin vətəndaşlarıdır", - deyə komandan bildirib.

Onun sözlərinə görə, ümumilikdə, martın 10-da üç xilasetmə əməliyyatı keçirilib. Miqrantlar paytaxt Tripolidəki hərbi dəniz bazasına gətirib. Qaçqınlara tibbi yardım göstərildikdən sonra onlar Tripolidəki qanunsuz miqrasiya ilə mübarizə departamentinə aparılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə