Ara Abramyan: "İrəvanda hakimiyyətdə kriminal avtoritetlər otururlar"
"Ara Abramyanın yaratdığı Ümumdünya Erməni Konqresi uydurmadır." Axar.az xəbər verir ki, bu barədə bəyanatı Ermənistanın Belarusdakı keçmiş səfiri və Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Spartak Kostanyan söyləyib. keçmiş diplomatın fikrincə, Abramyan bu təşkilatı öz məqsədləri üçün istifadə edir.
O, bəyanatında Ermənistan hökumətini də tənqid edib. O qeyd edib ki, hazırda İrəvanda hakimiyyətdə kriminal avtoritetlər otururlar. Kostanyan bu avtoritet idarəetməsinin faciə olduğunu bildirib.
Qeyd edək ki, Ara Abramyan Rusiyadakı erməni diasporunun rəhbəridir. O, Rusiyanın rəhbər şəxsləri ilə geniş əlaqələrə sahibdir. Ermənistan mətbuatı onun prezident Serj Sərkisyanla münasibətlərinin xoş olmadığını iddia edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB