Polşanın Poznan şəhərində 4 mərtəbəli yaşayış binasında qaz sızmasından dolayı baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 24-ü isə yaralanıb. Bu barədə Polşa Dövlət Yanğınsöndürmə Xidməti məlumat yayıb. Hadisədən sonra bina uçub. Yaralılardan 3-nün vəziyyəti olduqca ağırdır. Onların arasında azyaşlı da var. Bildirilib ki, hadisə yerində hazırda axtarış-xilasetmə tədbirləri aparılır. Dağıntılar altında insanların qaldığı güman edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB