ABŞ-ın Merilend ştatında kəskin hava şəraiti və güclü küləklə əlaqədar fövqəladə vəziyyət elan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Merilenddə, eləcə də qonşu Virginiya ştatında 3 nəfər həlak olub. Bildirilir ki, ümumilikdə ABŞ-ın şərq sahilində 5 nəfər kəskin havanın qurbanı olub.
Virginiya ştatında fövqəladə vəziyyət ötən gündən elan olunub.
Paytaxt Vaşinqtonda isə dövlət idarələri və məktəblər işləməyib. Ümumilikdə 700 min adam işıqsız qalıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB