Bu ölkədə Fransa səfirliyinə silahlı hücum edilib

Bu ölkədə Fransa səfirliyinə silahlı hücum edilib

Fransanın Burkina-Fasodakı səfirliyinə silahlı hücum edilib. Axar.az xəbər verir ki, bu barədə “Asoşeyted Press” informasiya yayıb. Məlumata görə, səfirlik yaxınlığına əvvəlcə bomba atılıb. Daha sonra səfirlik binasına 5 nəfərdən ibarət dəstə hücum edib. Hücum edən şəxslərdən 4-ü öldürülüb. Əraziyə xeyli sayda təhlükəsizlik qüvvələri cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə