4 partiya AKP-yə qarşı birləşib

4 partiya AKP-yə qarşı birləşib

Türkiyədə 2019-cu ilin martında keçiriləcək bələdiyyə seçkiləri və noyabrda baş tutacaq prezident və millət vəkili seçkilərində 4 siyasi partiya ittifaq qurmaq barədə qərar qəbul edib. Bu barədə “CNN Türk” yazıb.

Ədalət, Ana Vətən, Doğru Yol, Haqq və Ədalət partiyaları ittifaq yaratdıqlarını açıqlayıblar. Qeyd edək ki, 2019-cu ildəki seçkilərdə AKP-MHP-nin də ittifaq halında iştirak edəcəyi açıqlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə