Rusiya 21 il sonra Əfqanıstana dönür

Rusiya 21 il sonra Əfqanıstana dönür

Rusiya Qərb ölkələrin tələblərindən sonra Əfqanıstan müharibəsinə dəstək verməyi qəbul edib. SİA-nın "Independent" qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya 21 il əvvəl çıxdığı Əfqanıstana, özü də o dövrdə onunla döyüşən mücahidlərə dəstək verən Qərbə kömək etmək üçün geri dönəcək. Əldə olunan razılaşmaya görə, Rusiya Əfqanıstan ordusuna təlim keçəcək, eyni zamanda Əfqanıstanda NATO-nu vertolyotlarla təmin edəcək.

 

Əfqanıstanda hərbi qüvvələri olan Polşaya əvvəllər də vertolyotlar satan Rusiya indi digər silahların satılması üçün danışıqlar aparır. NATO Rusiyadan daha çox vertolyot verməsini, pilot təhsilinə qatılmasını və Əfqanıstana silah-sursat çatdırılması məqsədilə etibarlı bir yol təmin etməsi üçün torpaqlarından keçiş icazəsi istəyir. Əfqanıstan torpaqlarından 21 il əvvəl çəkilən Rusiya ilə Əfqanıstan müharibəsi mövzusunda tarixi bir razılaşmanın gələn ay Lissabonda təşkil ediləcək NATO zirvəsində açıqlanması gözlənilir. Rusiya verəcəyi dəstəyin qarşılığında NATO-dan daha çox əməkdaşlığın edilməsini tələb edəcək.

 

Polşa və Çexiyada yerləşdirilməsi nəzərdə tutulan raketdən müdafiə sistemindən imtina edilməsindən sonra sistemin harada yerləşdirilməsi mövzusunda prezidenti Barak Obama Rusiya ilə məsləhətləşəcək. Rusiya həmçinin Gürcüstan ilə iki il əvvəl aparılan müharibə səhifəsinin bağlanmasını istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə