Sumatra adasının qərbində baş verən zəlzələdən sonra Mentavai adalarındakı çoxlu sayda kəndi yerlə bir edən sunami nəticəsində ölənlərin sayı 112-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 3 metrdən yüksək olan dalğaların dağıtdığı kəndlərdə itkin düşənlərin sayı isə 502 nəfərdir. Ölü sayının artma ehtimalının olduğu bildirilir.
İndoneziya sunami ilə yanaşı vulkan təhlükəsi ilə də üz-üzə qalıb. Java adasında bir müddət əvvəl fəaliyyətə başlayan ölkənin ən aktiv vulkanı olan Merapinin püskürməsi nəticəsində ölənlərin sayının 25-ə çatdığı xəbər verilir. Zəhərli hava və kül 1,5 km yüksəkliyə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB