İran Əfqanistanda nifaq salmağa çalışır

İran Əfqanistanda nifaq salmağa çalışır

"New York Times" qəzeti yazır ki, Əfqanıstan prezidenti Həmid Kərzainin şəxsi nümayəndəsi İrandan milyonlarla dollar pul alıb. SİA-nın xəbərinə görə, qəzetin məlumatında bildirilir ki, bu pullar Əfqanıstanın prezident sarayında İranın maraqlarının təbliğ edilməsi məqsədilə verilib. "New York Times" adını açıqlamayan mənbəyə istinadən bildirir ki, İran öz təsirindən əfqanlar və Amerika, habelə NATO-nun digər tərəfdarları arasında nifaq salmaq üçün istifadə edir.

Qəzetin yazdığına görə, İran rəsmiləri artıq Əfqanıstan prezident sarayına protokol normalara əməl etmədən daxil ola bilirlər. "New York Times" bildirir ki, Əfqanıstan prezidenti Həmid Kərzai və onun şəxsi nümayəndəsi bu puldan əfqan qanunvericilər, qəbilə ağsaqqalları və Taliban komandirlərinə ödənişlər edərək, onların sədaqətini təmin etmək üçün istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə