İranda güclü zəlzələ olub

İranda 4,2 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata əsasən, zəlzələ ölkənin mərkəzi hissəsində qeydə alınıb.

Zəlzələnin episentri Ravar şəhərindən 65 km şimalda yerləşib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə