Türkiyəli jurnalist Afrində yaralanıb

Türkiyəli jurnalist Afrində yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda keçirdiyi hərbi əməliyyatı izləyən "Anadolu" agentliyinin müxbiri Sarp Özər yaralanıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, raket və top mərmisinin yaxınlığına düşməsi nəticəsində jurnalist əlindən və ayağından yara alıb. S. Özər ilkin tibbi yardımdan sonra Türkiyədə xəstəxanaya çatdırılıb. Vəziyyəti yaxşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə