Afrində daha bir kənd terrorçulardan azad edilib

Afrində daha bir kənd terrorçulardan azad edilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində icra etdiyi "Zeytun budağı" əməliyyatında daha bir kənd terrorçulardan azad olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin şimalındakı Bak Ubasi kəndini PYD terrorçularından alıb.

Beləcə əməliyyatın 12-ci günündə Afrində 19 kənd, 6 qəsəbə və 5 strateji təpə daxil olmaqla 25 hədəd ələ keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə