2018-ci ilin əvvəlindən etibarən Almaniyanın Kotbus şəhərində yerli sakinlərlə qaçqınlar arasında toqquşmalar adi hala çevrilib. Məsələn, yanvarın 20-də 18 yaşlı bir qız suriyalı qaçqınla mübahisə zamanı qışqıra-qışqıra “Əcnəbilər, rədd olun!” deyib. Sonra hadisə yerinə polis dəstəsi gəlib. Bir neçə saat sonra polis şöbəsinə daha bir çağırış daxil olub: bu dəfə beş alman zahirən əcnəbilərə oxşayan iki kişiyə hücum edib.
Ən sərt toqquşmalar şəhərin “Blechen Carré” deyilən ən iri ticarət mərkəzində qeydə alınıb. Yanvarın ortalarında yerli yeniyetmələr burada suriyalı yaşıdları ilə dalaşıblar. Nəticədə almanlardan biri 16 yaşlı qaçqının üzünə bıçaqla xəsarət yetirib.
Şəhərdə baş verənlər, xüsusən də sağçı radikalların hərəkətləri artıq uzun illərdir əndişə yaradır. Məsələn, 1990-cı illərin əvvəlində neonasistlər qaçqınlar yaşayan yataqxananı polis oranı nəzarətə götürənə qədər üç gün mühasirədə saxlamışdılar.
Qeyd edək ki, antiimmiqrant siyasəti yürüdən “Vətənin gələcəyi” təşkilatının fəalları yanvarın 20-də Kotbus küçələrinə təxminən 1500 nümayişçi çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB