Pan Gi Mun BMT Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib
BMT-nin baş katibi Pan Gi Mun bu münasibətlə dünya ictimaiyyətinə müraciət edib. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi müraciətində silahlı münaqişələrin girovuna çevrilmiş insanları qorumağa, iqlim dəyişməsi ilə mübarizə ararmağa və nüvə fəlakətinə yol verməməyə, qadınlar üçün daha geniş imkanlar yaratmağa, haqsızlıq və cəzasızlıqla mübarizə ararmağa, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün daha çox iş görməyə çağırıb.
Eyni zamanda müraciətd deyilir: "Hər il BMT Günündə biz qlobal məqsədlərimizi bir daha təsdiq edirik. Biz ümumbəşəri dəyərlər olan tolerantlıq, qarşılıqlı hörmət və insan ləyaqətini yenidən bəyan edirik. Biz həm də birlikdə nail olduğumuz tərəqqini nəzərdən keçiririk: savadlılıq və gözlənilən ömür müddətində artım, bilik və texnologiyanın yayılması, demokratiya və qanunun aliliyi sahələrində irəliləyişlər. Mövcud problemlərə, qütbləşmə və inamsızlığa baxmayaraq, qarşılıqlı əlaqədə olan dünya ümumi tərəqqi üçün yeni geniş imkanlar yaratmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB