31 erməni cinayətkar İnterpolun axtarışındadır

31 erməni cinayətkar İnterpolun axtarışındadır

İndiyədək müxtəlif cinayətlər törətmiş Ermənistan vətəndaşları İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. Azvision.az-ın məlumatına görə, hazırda 31 erməni cinayətkar İnterpolun axtarışındadır. Onlardan 30-u kişi, 1 nəfər isə qadındır.

Axtarışda olan Ermənistan vətəndaşları qətl, soyğunçuluq, maliyyə fırıldağı, qaçaqmalçılıq, insan alveri və digər cinayətlərdə ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə