"Qərb gərək Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə hazır olsun." Bunu “Politiko” qəzetinə müsahibəsində Polşanın Baş naziri Mateuş Moravetski söyləyib. Onun sözlərinə görə, Kremlin hədəfi təkcə Ukrayna yox, başqa ölkələr də ola bilər:
“Rusiya hazırda Polşa üçün ən böyük təhdiddir. Rusiyanın Ukraynada etdikləri çox təhlükəlidir. Rusiya ordusu Ukraynanın daha dərininə girdiyində nə baş verə bilər? Təbii ki, biz bunu bilmirik. İndiki halda biz Avropada ikinci və üçüncü müdafiə xətlərinə malik olmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB