Əfqanıstanda matəm elan edilib

Əfqanıstan hökuməti paytaxt Kabilin diplomatik binaların olduğu ərazidə törədilmiş terror aktı ilə əlaqədar ölkədə matəm elan edib

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bazar ertəsi iş günü olmayacaq.

Qeyd edək ki, dünən Kabilin mərkəzində törədilən terror aktı nəticəsində 95 nəfər ölüb. Hadisəyə görə "Taliban" hərəkatı məsuliyyəti üzərinə götürüb. Terror aktı Əfqanıstanın Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında qeydə alınıb.

İçərisində terrorçunun olduğu minalanmış avtomobil partlaması nəticəsində onlarla insan həlak olub. Habelə ətrafdakı binalara ziyan dəyib, şüşələr qırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə