Miloş Zeman prezident seçkilərinin ikinci turunda 52 faiz səs toplayıb
Çexiya dövlət radiosu ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Miloş Zemanın qeyri-rəsmi nəticələrə görə, səslərin 52 faizini toplaması barədə məlumat yayıb. AZƏRTAC xəbər verir ki, seçkilərin ikinci turunda Miloş Zemanla yanaşı, Çexiya Elmlər Akademiyasının sabiq rəhbəri Jiri Drahost da mübarizə aparıb.
Dövlət radiosu səslərin 96 faizinin sayıldığını bildirib. Ölkə üzrə 8 milyon seçicidən 66,5 faizi səsvermədə iştirak edib.
Seçkilərin yanvarın 12-13-də keçirilən ilk turunda 9 namizəd iştirak edib. Lakin birinci turda səslərin 38,6 faizini toplayan Miloş Zeman və 26,6 faiz səs alan Jiri Drahost ikinci turda mübarizəni davam etdirməyə müvəffəq olublar. Çexiyada 2013-cü ildən etibarən prezident xalq tərəfindən seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB