Hindistanda avtobus körpüdən çaya düşdü

Hindistanda avtobus körpüdən çaya düşdü

Hindistanın Maharaştra ştatında avtobusun körpüdən çaya düşməsi nəticəsində 13 nəfər ölüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında Ratnagiri və Kolhapur şəhərlərini birləşdirən avtomobil yolunda baş verib. İlkin ehtimala görə, sürücünün idarəetməni itirməsi səbəbindən avtobus Pançqanqa çayının üzərindəki körpüdən çaya düşüb.

Yerli rəsmilər qəza nəticəsində bir neçə nəfərin itkin düşdüyünü güman edirlər. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə