Türkiyə bayrağı terrorçulardan təmizlənən bölgəyə asıldı

Türkiyə bayrağı terrorçulardan təmizlənən bölgəyə asıldı

Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatını davam etdirir.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatın 7-ci günündə Türkiyə bayrağı terrorçulardan təmizlənən bölgəyə asılıb.

Məlumata görə, "Zeytun budağı" adlandırılan əməliyyatın artıq yeddinci günündə məhmədciklər PKK/PYD/YPG terrorçularını bölgədən təmizləyib. Türk ordusu terrorçuların yerləşdiyi bölgələrdəki TV bloklarını ələ keçiriblər.

Zərərsizləşdirilən terrorçular ərazidən təmizlənərək, TV binasına Türkiyə bayrağı asılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə