ŞOK iddia: "Hollandiya kəşfiyyatı Rusiyanın ABŞ-a hücumunun qarşısını alıb"

ŞOK iddia: "Hollandiya kəşfiyyatı Rusiyanın ABŞ-a hücumunun qarşısını alıb"

Moskvanın ABŞ-dakı seçkiyə müdaxiləsi haqqında ABŞ Federal Təhqiqatlar Bürosuna Niderlandın AİVD kəşfiyyat xidməti məlumat verib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Volkskrant” informasiya portalı yayıb. Holland kəşfiyyatının bu barədə məlumatı “Cozy Bear” haker qruplaşması daxilində uzun müddət fəaliyyət apardıqdan sonra əldə etdiyi bildirilib. Mənbə kəşfiyyatın haker qrupunun daxilinə Moskvadakı Qızıl Meydan yaxınlığındakı universitetlərdən birinin kompüter şəbəkəsini qırdıqdan sonra daxil olduğunu bildirib. Hakerlərin məhz bu ərazidən öz fəaliyyətlərini həyata keçirdikləri müəyyən edilib.

Hollandlar daha sonra bu ərazidə yerləşən müşahidə kameralarına qoşularaq hakerlərin simasının artıq deşifrə edilmiş Rusiya kəşfiyyatçılarının simaları ilə müqayisə etməyə başlayıblar. Bundan sonra “Cozy Bear”in Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əlaqəsi sübuta yetirilib. Bunun da nəticəsində Vaşinqton Dövlət Departamentinə edilən kiberhücumların qarşısını ala bilib. Saytın iddiasına görə, AİVD Rusiya hakerlərinin kompüterlərinə 2014-2017-ci illər arasında giriş əldə edib. Bundan sonra hakerlər müdafiə sistemini dəyişiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə