“Vostok” gəmisinin heyət üzvləri sağdır

“Vostok” gəmisinin heyət üzvləri sağdır

Yapon dənizində qəzaya uğramış Rusiyanın “Vostok” balıqçılıq gəmisinin heyət üzvləri sağdır. Bu barədə Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri üzrə naziri Vladimir Puçkov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, gəminin heyətinin sağ olduğuna əmindir. Nazirin sözlərinə görə, hazırda irimiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır, lakin hava şəraitinin pis olması bu işləri çətinləşdirir.

Rusiya Gəmilərin Qeydə Alınması İdarəsinin məlumatına görə, “Vostok” 1985-ci ildə Koreyada inşa edilib, Rusiya bayrağı altında üzür və Saxalin vilayətindəki “DV-flot” MMC-yə məxsusdur.

Xatırladaq ki, Yapon dənizində göyərtəsində 21 heyət üzvünün olduğu gəmi Qamova burnundan 200 kilometr məsafədə yerli vaxtla səhər saatlarında xəbərdarlıq siqnalı verdikdən sonra yoxa çıxıb. Heyət üzvləri arasında əslən azərbaycanlı olan Rusiya vətəndaşları Mübariz Hüseynov və Ruslan Əlizadə də var.

Bütün xəbərlər Facebook səhifəmizdə