İsrail prezidenti Şimon Perez ABŞ-ın köməyi olmadan İsrailin həyatda qala bilməyəcəyini söyləyib. SİA-nın Türkiyənin "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail-Fələstin problemini həll edərək ABŞ-ın ant-İiran koalisiyasının yaradılmasına kömək etməli olduğunu vurğulayan Perez "ABŞ-ın bizə verdiyinin əvəzini verə bilmərik, ancaq kiçik də olsa biz ABŞ-a kömək edə bilərik" deyib.
Yəhudi Xalqı Siyasi Planlama İnstitutunda çıxış edən İsrail prezidenti bildirib ki, ABŞ İsrailin təhlükəsizliyindən narahat olduğu kimi, İsrail də eyni zamanda ABŞ-ın təhlükəsizliyindən narahat olmalıdır. O, İran əleyhinə koalisiyanın yaradılması üçün ilk növbədə Fələstinlə aralarında olan problemin həll edilməsinin vacib olduğunu qeyd edib.
ABŞ-ın keçmiş prezidenti Corc Buşun Orta Şərq siyasətinə də toxunan Ş.Perez onun ərəb ölkələrini demokratiya ilə tanış etmək üçün göstərdiyi səyləri təqdir etdiyini bildirib. Ərəb ölkələrində demokratiyanın bərqərar olmasının mümkünlüyünə gəlincə, Peres bunun mümkün olmadığını söyləyərək maraqlı bir müqayisə edib. O, Orta Şərqdə bir krala "seçkilərə get" deməyinin "bir hind toyuğunu şükran gününə dəvət etmək kimi" çətin olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB