İranda edam cəzası ilə bağlı yeni qərar veriləcək

İranda edam cəzası ilə bağlı yeni qərar veriləcək

İranda narkotik qaçaqmalçılığına görə edam cəzasına məhkum edilən şəxslərin cəzasının yüngülləşdirilməsi gözlənilir. Axar.az xəbər verir ki, İran Məhkəmə Sisteminin rəisi Sadiq Laricani həbsxanadakı narkotik qaçaqmalçılarının cəzalarının yüngülləşməsi haqqında qanunu qəbul edəcəyini bildirib.

Yeni qanuna əsasən, edam cəzasına məhkum olunmuş şəxslərin cəzası 25-30 illə əvəzlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə