Levon Ter-Petrosyan Aİ ölkələrini Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırıb

Levon Ter-Petrosyan Aİ ölkələrini Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırıb
Erməni müxalifəti mitinq keçirmək məqsədi ilə küçələrə tökülüb. SİA-nın məlumatına görə, 4 min adamın iştirak etdiyi nümayişdə həbsdə olan 13 müxalifətçinin azad edilməsi tələb edilib.

Ermənistanın paytaxtı İrəvanda müxalifətin təşkil etdiyi nümayişdə hakimiyyət tənqid olunub.

Müxalifətdəki Erməni Milli Konqresinin lideri, keçmiş dövlət başçısı Levon Ter-Petrosyan, Avropa İttifaqı ölkələrini Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırıb.

Qeyd edək ki, mübahisə mövzusu olan 13 müxalif, 1 mart 2008-də təşkil edilən nümayişdə həbs edilmişdi. Prezident seçkilərinin nəticələrinə etiraz edilən nümayişə polis müdaxilə etmiş, 10 nəfər ölmüş, 250 nəfər yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə