Ötən il Türkiyədə 48 min 305 nəfər FETÖ-çü həbs edilib

Ötən il Türkiyədə 48 min 305 nəfər FETÖ-çü həbs edilib

2017-ci ildə Türkiyədə FETÖ (Fətullah Terror Təşkilatı) ilə bağlı həbs edilən şəxslərin sayı açıqlanıb. APA-nın “Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Nazir bildirib ki, dini radikal cərəyana qarşı aparılan mübarizədə ötən il 48 min 305 nəfər həbs edilib: "Terror təşkilatına qarşı apardığımız mübarizə çərçivəsində saxlanılan şəxslərin sayı isə bu rəqəmdən üç dəfə çoxdur”, - deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə