Avropa İttifaqı “Brexit” ssenarisinə hazırdırmı?

Avropa İttifaqı “Brexit” ssenarisinə hazırdırmı?

Avropa İttifaqı Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması üzrə London və Brüsselin mümkün razılıq əldə edə bilməməsi ssenarisinə hazırlaşır. TASS informasiya agentliyi xəbər verir ki, bunu yanvarın 9-da mətbuat konfransında çıxış edən Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Shinas bildirib. O, Böyük Britaniyanın Baş naziri Tereza Meyin dəfələrlə “London üçün sazişin iflasa uğramasının pis sazişdən daha yaxşı olduğunu” dediyini qeyd edib. “Biz bu sözlərə ciddi yanaşırıq və buna görə də, istənilən nəticəyə hazırlaşırıq”, - deyə Shinas vurğulayıb.

Avropa İttifaqı ölkələrinin liderləri dekabrın 15-də Brüsseldə keçirilən sammitdə Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması üzrə danışıqların ikinci mərhələsinə keçidi təsdiqləyiblər. Bu mərhələdə tərəflər təhlükəsizlik və ticarət sahələrində müştərək əməkdaşlıq məsələləri barədə razılıq əldə etməlidir. Danışıqların yeni mərhələsi 2018-ci ilin yanvar ayında başlamalıdır. Lakin Britaniya KİV-lərinin məlumatına əsasən bu mərhələ mart ayınadək təxirə salına bilər.

Xatırladaq ki, Böyük Britaniya 2019-cu il martın 29-da Avropa İttifaqının tərkibindən çıxmalıdır. “Brexit” üzrə referendum 2016-cı il iyunun 23-də keçirilib və avrointeqrasiya əleyhdarları plebisitdə 51,9 faiz səslə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə