Polis uğurlu əməliyyat keçirib saxlanılanlar var

Polis uğurlu əməliyyat keçirib saxlanılanlar var

İstanbul polisi daha bir uğurlu əməliyyat keçirib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə keçirilən əməliyyat narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı olub.

Əməliyyat nəticəsində 500 kiloqram narkotik vasitənin müsadirə edildiyi bildirilib. Məlumata görə, əməliyyat zamanı həmçinin 3 narkotik alverçisi saxlanılıb, onların kimliyi açıqlanmayıb.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, statistikaya əsasən, Türkiyədə əhalinin 8 faizə yaxını narkomaniyadan əziyyət çəkir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə