Ağır yol qəzası baş verib ölənlər var

Ağır yol qəzası baş verib ölənlər var

Venesuelada ağır yol qəzası baş verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ansoateqi ştatında sərnişin avtobusu və yük maşınının toqquşması nəticəsində azı 7 nəfər ölüb.

Qəza nəticəsində 40 nəfər xəsarət alıb. Toqquşma zamanı hər iki avtomobildə yanğın başlayıb. Bölgəyə çox sayda təcili yardım briqadaları və xilasedicilər cəlb edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə