Bin Ladenin 3 oğlu İranda

Səudiyyə Ərəbistanın "Əl-Arabiya" kanalı 2009-cu ildə çəkilmiş bir fotonu yayımlayıb. Qaynarinfo.az xəbər verir ki, fotoda "Əl Qaidə" terror təşkilatının öldürülmüş lideri Üsamə Bin Ladenin 3 oğlu - Həmzə, Laden və Məhəmməd yer alıb. Kanal iddia edib ki, foto 2009-cu ildə İranda çəkilib. Bu şəkildən sonra Bin Ladenin oğulları İranı tərk edərək bir-birilərindən ayrılıblar.

Qeyd edək ki, 2011-ci ildə ABŞ tərəfindən öldürülən Bin Ladenin ölümündən öncə Həmzəni terror təşkilatının liderliyinə hazırlayırmış. ABŞ Həmzə Bin Ladeni atasının ölümündən sonra ən təhlükəli terrorçular siyahısına salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə