Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün göstəriş verib

Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün göstəriş verib

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılmasına dair göstəriş verib. SİA TASS agentliyinə istinadla xəbər verir ki, Kim Çen In bu barədə xalqa müraciətində bildirib.

O qeyd edib ki, Koreya yarımadasında gərginliyə son qoymaq üçün Koreya xalqlarının səylərinin birləşdirilməsi vaxtı çatıb. “Söhbət təkcə Şimali Koreya-Cənubi Koreya münasibətlərinin yaxşılaşdırılmasından deyil, həmçinin xalqların barışığından, könüllü birləşmədən gedir” - deyə, Koreya Xalq Demokratik Respublikasının Mərkəzi Televiziyasının hazırladığı materialda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə